SOCAR “Ukrayna Dəmir Yollarına” yanacaq tədarük edəcək

15:50 - 3.07.2018


3 iyul, Fineko/abc.az. “SOCAR Ukraine” və “Ukrayna Dəmir Yolları” (Ukrzaliznitsya) müqavilə imzaladılar.

Ukrayna KİV-in məlumatına əsasən, müqavilə “SOCAR Ukraine” tərəfindən 10 min ton dizel yanacağının tədarükünü nəzərdə tutur.

İyunun 26-da imzalanan müqavilənin dəyəri 288,7 milyon qrivna (bir tona 28,87 min qrivna) təşkil edir.

 

Вся лента