Asiya İnkişaf Bankı “CAREC 2030” strategiyasının dəstəklənməsinə $5 mlrd ayıracaq

17:36 - 27.10.2017


Bu gün Asiya İnkişaf Bankının (AİB) prezidenti cənab Takehiko Nakaonun Tacikistana 3 günlük səfəri başa çatıb.

O, həmin səfər çərçivəsində Asiya Regionunun Nazirlər səviyyəsində İqtisadi Əməkdaşlıq üzrə 16-cı Konfransında (Central Asia Regional Economic Cooperation (CAREC)) iştirak edib. 11 üzv ölkəni təmsil edən CAREC Nazirləri  CAREC proqramının üçüncü onilliyində fəaliyyətini tənzimləyəcək yeni uzun müddətli strategiya olan CAREC 2030 sənədini yekdilliklə təsdiq etmişdirlər.

Strategiya insan, siyasət və layihələrin əlaqələndirilməsi missiyası əsasında qurulur və,  regionda iqtisadi və maliyyə sabitliyin, turizm, kənd təsərrüfatı, su ehtiyatları, səhiyyə və təhsil sahəsində regional təşəbbüslərin dəstəklənməsi daxil olmaqla, CAREC mandatının artırılması və genişləndirilməsini nəzərdə tutur. Eyni zamanda, CAREC nəqliyyat, enerji, ticarət və iqtisadi dəhlizlərin inkişafı kimi mövcud priotet sahələrə səylərini yönəltməyə və bu sahələrdə müqayisəli üstünlükləri təmin etməyə davam edəcək.

CAREC 2030 strategiyasının qəbul  edilməsi, həmçinin, region ölkələrinə, milli inkişaf prioritetlərinə uyğunluğu təmin etməklə, Paris sazişi çərçivəsində Davamlı İnkişaf Hədəflərini (DİH) və iqlimin dəyişməsi üzrə hədəfləri əldə etməyə kömək edəcək.

Cənab Nakao çıxışında AİB-in növbəti 5 il ərzində CAREC 2030 strategiyasının dəstəklənməsi üçün 5 milyard ABŞ dolları məbləğində vəsaitin ayıracağını bəyan etmişdir. Bu, Çin Xalq Respublikası istisna olmaqla, AİB-un CAREC ölkələrində layihələrə ayırdığı ümumi maliyyə vəsaitinin təxminən dörddə birini təşkil edir. AİB, Pakistanda CAREC çərçivəsində yol dəhlizinin inkişafı üçün 800 milyon ABŞ dolları məbləğində yeni çox tranşlı maliyyə fondunu təsdiq etmişdir. Gələn il, AİB,  Türkmənistan-Əfqanıstan-Pakıstan (TƏP) ötürücü xətlər layihəsinin 150 milyon ABŞ dolları dəyərində birinci fazasına vəsait ayıracaqdır. AİB CAREC 2030 strategiyasında əhatə olunan aqrobiznes, turizm və dəmir yolları sahələrində regional layihələr ilə bağlı müzakirələrə artıq başlayıb.

AİB, CAREC proqramı üçün katiblik funksiyasını yerinə yetirir. Məcmu olaraq, CAREC proqramının 2001-ci ildə yaradılmasından sonra həmin proqram çərçivəsində 40 milyard ABŞ dolları məbləğindən artıq investisiya vəsaiti cəlb edilmişdir. Bu məbləğin üçdə birindən artıq hissəsi və ya 10,5 milyard ABŞ dolları AİB tərəfindən, qalan hissə isə üzv hökumətlər və digər inkişaf tərəfdaşları tərəfindən təmin edilmişdir.

Bu günədək CAREC maliyyəsi, regionun daxilində və xaricində əlaqələri və ticarəti gücləndirərək,  6 nəqliyyat dəhlizi üzərində 8592 km uzunluğunda yolların və uzunluğu 5103 kilometrdən artıq olan dəmir yollarının tikintisi və təmiri üçün istifadə edilmişdir. Enerji ehtiyatları artıq olan Mərkəzi Asiya ölkələri və, Əfqanıstan və Pakistan daxil olmaqla, Cənubi Asiyada enerji çatışmazlığını yaşayan ölkələr arasında enerji ticarətinin artırılmasını dəstəkləyərək, uzunluğu 9041 kilometrdən artıq olan enerji ötürücü xətləri çəkilmişdir.

Layihələr vasitəsilə investisiyalar ilə yanaşı, CAREC tərəfindən CAREC ölkələrində ticarətin dəstəklənməsi, potentisal quruculuğu, biliklərin yaradılması və bilik mübadiləsi sahələrinə töhfə verilmişdir. Bilik səyləri sahəsində lider olan CAREC İnstitutu hal-hazırda hökumətlərarası təşkilat kimi fəaliyyət göstərir.

“Düşənbə Bəyanatı” adlanan birgə bəyanatında CAREC Nazirləri inkişaf məqsədlərinin əldə edilməsi üçün regional əməkdaşlığın artan önəmliyini vurğulamışdırlar.  Nazirlər regional layihələr çərçivəsində özəl sektor, vətəndaş cəmiyyəti, inkişaf tərəfdaşları və digər tərəf müqabilləri ilə fəaliyyətə və, Kəmər və Yol Təşəbbüsü daxil olmaqla, digər regional proqramlar ilə əlaqələrin gücləndirilməsinə ehtiyac duyulduğunu vurğulamışdırlar.

Qərargahı Manila şəhərində yerləşən AİB fəaliyyətini, daxiledici iqtisadi artım, ətraf mühit kontekstində dayanaqlı artım və regional inteqrasiya vasitəsilə  Asiya və Sakit Okean regionunda yoxsulluğun azaldılmasına yönləndirib. 1966-cı ildə yaradılmış AİB regionda inkişaf tərəfdaşlığının 50 illiyini qeyd edir. AİB-ə 67 üzv sahiblik edir, harada ki, 48 üzv regionu təmsil edir. 2016-cı ildə AİB tərəfindən təmin edilmiş yardımın ümumi məbləği 31,7 milyard ABŞ dolları təşkil edib və bu məbləğə birgə maliyyələşdirmə çərçivəsində ayrılmış 14 milyard ABŞ dolları daxildir.

 

 

 

Вся лента