Azərbaycan nefti ucuzlaşıb

11:10 - 4.07.2018


4 iyul, Fineko/abc.az. “Azəri Light” markalı neftin bir barelinin qiyməti  0,79 (1,0%) dollar düşüb.

Hazırda “Azəri Light” markalı xam neftin qiyməti bir barelə 78,44 dollar təşkil edir.

“Azəri Light” neftinin minimal qiyməti 2001-ci ilin dekabr ayında (19,15 dollar),  maksimal qiyməti isə 2008-ci ilin iyul ayında (149,66 dollar) qeydə alınmışdır.

Nyu-Yorkun “NYMEX” («New York Merchantile Exchange») birjasında  “WTI” markalı neftin avqust ayının fyuçersi,  3 iyul tarixli ticarətin  nəticəsində, keçən nəticəyə nisbətən (iyulun 2-də – 73,94 dollar) 0,2 dollar (0,27%) yüksələrək  74,14  dollar/barelə təşkil edib.

“ICE” birjasında (InterContinental Exchange Futures) “Brent” markalı neftin sentyabr fyuçersinin qiyməti, 3  iyul tarixli ticarətin nəticəsində, ötən yekuna  nisbətən (iyulun 2-də – 77,30 dollar) 0,46 dollar (0,6%) yüksələrək bir barelə 77,76 dollar təşkil edib.

Neftin “Brent” və “WTI” markaları  arasındakı qiymət fərqi bir qədər artıb və 3 iyul tarixli ticarətin  nəticələrinə əsasən 3,62 dollar / barelə təşkil edir.

 

 

Вся лента