Bakı metrosu yenidən işləyir

14:24 - 4.07.2018


4 iyul, Fineko/abc.az. “Bakı Metropoliteni” QSC metro stansiyalarında fəaliyyətin bərpa olunduğunu elan edib.

QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun sözlərinə görə, metro saat 13:10-dan işləməyə başladı.

Mingəçevir İES-də baş verən qəzadan sonra elektrik enerjisi ilə bağlı problemlərin yaranması və bütün ölkənin enerjisiz qalması nəticəsində Bakı metrosu dünən axşam saatlarından etibarən işləmirdi.

 

Вся лента