“Azəri Light” markalı neft bahalaşdı

10:43 - 5.07.2018


5 iyul, Fineko/abc.az. “Azəri Light” markalı neftin bir barelinin qiyməti  1,18 (1,5%) dollar yüksəlib.

Hazırda “Azəri Light” markalı xam neftin qiyməti bir barelə 79,62 dollar təşkil edir.

“Azəri Light” neftinin minimal qiyməti 2001-ci ilin dekabr ayında (19,15 dollar),  maksimal qiyməti isə 2008-ci ilin iyul ayında (149,66 dollar) qeydə alınmışdır.

Nyu-Yorkun “NYMEX” («New York Merchantile Exchange») birjasında  “WTI” markalı neftin ticarəti bayramla əlaqədar keçirilməmişdir.  3 iyul tarixli ticarət bir barelə 74,14 dollar səviyyəsində qeyd edilmişdir.

“ICE” birjasında (InterContinental Exchange Futures) “Brent” markalı neftin sentyabr fyuçersinin qiyməti, 4  iyul tarixli ticarətin nəticəsində, ötən yekuna  nisbətən (iyulun 3-də – 77,76 dollar) 0,48 dollar (0,62%) yüksələrək bir barelə 78,24 dollar təşkil edib.

Neftin “Brent” və “WTI” markaları  arasındakı qiymət fərqi çoxalıb və  hazırda 4,1 dollar / barelə təşkil edir.

 

Вся лента