Dövlət qulluğuna qəbul üçün namizədlərlə müsahibələrin keçirilmə qrafiki müəyyən edilmişdir

14:43 - 5.07.2018


5 iyul, Fineko/abc.az. Namizədlərlə müsahibələrin Dövlət İmtahan Mərkəzinin Bakı şəhərində yerləşən inzibati binasında keçirilməsi nəzərdə tutulur. Müsahibələrin Hesablama PalatasıEnergetika Nazirliyi, Təhsil Nazirliyi, Maliyyə Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Şirvan Apelyasiya MəhkəməsiLənkəran Ağır Cinayətlər Məhkəməsi Şabran Rayon Məhkəməsi üzrə elan edilmiş vakant vəzifələri əhatə etməklə 09 iyul 2018-ci il tarixində başlanılması və 19 iyul 2018-ci il tarixinədək davam etməsi nəzərdə tutulur.

Ümumi müsahibəyə çıxarılan vəzifələr arasında daha çox rəqabət Hesablama Palatasının Ümumdövlət xidmətlərinin auditi şöbəsi, Ümumdövlət xidmətləri üzrə digər sahələrin auditi sektorunda məsləhətçi (1 vakant vəzifəyə 19 müraciət), Energetika Nazirliyinin İnsan resursları və dövlət qulluğu şöbəsi, Dövlət qulluğu sektorunun müdiri (1 vakant vəzifəyə 14 müraciət) vəzifələri üzrə müşahidə edilir.

Təqdim etdiyimiz məlumatlardan göründüyü kimi ən yüksək müsabiqə vəziyyəti Hesablama Palatası üzrə (1 vakant vəzifəyə 19 müraciət) müşahidə edilib.

22 may 2018-ci il tarixində elan edilmiş ümumi müsahibədə qeydə alınmış namizədlərlə müsahibələrin keçirilmə qrafikinə dair ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Вся лента