Kapital Bank-ın dəstəyi ilə növbəti “Yay Futbol Düşərgəsi” keçirilib

10:36 - 6.07.2018


Kapital Bank Sumqayıt şəhərində 7-12 yaşlı uşaqlar arasında keçirilən ənənəvi "Yay Futbol Düşərgəsi" layihəsinin rəsmi tərəfdaşı olub. Layihə 9 gün müddətində 3 qrup üzrə keçirilib. Layihə çərçivəsində Sumqayıt şəhərində və onun ətraflarında yerləşən 48 orta məktəb üzrə 100-dən artıq şagird iştirak edib.

Layihəni keçirməkdə əsas məqsəd, gənc və yeniyetmə şagirdləri futbola cəlb etmək, onlar arasında bu idman növünün təbliği, futbolun kütləviliyinin artırılması və gəncləri sağlama həyata yönləndirməkdir.

Qeyd edək ki, layihə Kapital Bank-la yanaşı, Təhsil Nazirliyi, Sumqayıt Şəhər İcra Hakimiyyəti, Sumqayıt Şəhər Təhsil Şöbəsi, Azərikimya İB və "Sumqayıt" Futbol Klubunun təşkilatçılığı ilə keçirilib.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 95 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

 

Вся лента