AMB iyulun 9-na depozit hərracı təyin edib

11:39 - 6.07.2018


6 iyul, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) növbəti depozit hərracı barədə elan edib.

AMB-in məlumatına əsasən, hərrac bazar ertəsi günü, iyulun 9-da keçiriləcək.

“Hərrac vasitəsilə 8,01% – 9,99% dərəcə üzrə 350 milyon manat həcmində vəsaitin cəlb edilməsi planlaşdırılır. Vəsaitlər 14 gün müddətinə cəlb ediləcək”, - məlumatda belə deyilir.

AMB-in depozit hərracı “Bloomberg”  ticarət platformasında keçirilir.

Hərraclar 13 iyun 2016-cı il tarixindən keçirilir. 

 

Вся лента