Maliyyə Nazirliyi 35 milyon manat həcmində DOİ yerləşdirəcək

15:20 - 6.07.2018


6 iyul, Fineko/abc.az. Azərbaycan Maliyyə Nazirliyi Bakı Fond Birjası (BFB) vasitəsi ilə Dövlət Ortamüddətli İstiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirəcək.

BFB-in məlumatında deyildiyi kimi, iyulun 10-da  35 milyon manat həcmində, hər birinin nominal dəyəri 100 manat olan DOİ-in satışı üzrə hərrac keçiriləcək.

“İstiqrazların tədavül müddəti 728 gün, faiz gəliri  8% təşkil edəcək. Yerləşmənin anderrayteri qismində “PASHA Capital” şirkəti çıxış edir”, - birjanın məlumatında belə deyilir.

 

Вся лента