Bakı buxtasında kütləvi balıq tələfatı baş verib

17:26 - 6.07.2018


6 iyul, Fineko/abc.az. Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi  Xəzər dənizi Bakı buxtası Qum adasının sahilboyu dayaz akvatoriyasında kütləvi balıq tələfatının səbəblərini açıqladı.

Nazirliyin məlumatında deyilir ki, AMEA-nın Zoologiya İnstitunun Hidrobiologiya laboratoriyasının əməkdaşları müəyyən etmişlər ki, tələf olan balıqlar sivriburun kefalın sürfələridir.

“Aparılan ümumi bioloji, morfoloji və fizioloji analizlərin nəticələrinə görə götürülən nümunələrdə infeksion xəstəliklərin törədiciləri və zəhərlənmə halları aşkar edilməyib. Suda həll olmuş oksigenin miqdarının qeyri-optimal səviyyəyədək (suda həll olmuş oksigenin miqdarı 1.5–4.0 mq/litrə-dək (norma-6 mq/litr)) azalması və  balıq orqanizminin bu dəyişikliklərə uyğunlaşmaması kefal balığı sürfələrinin kütləvi tələfinə səbəb olub”, - məlumatda belə deyilir.

Вся лента