Ermənistan silahlı qüvvələri sutka ərzində atəşkəs rejimini 96 dəfə pozub.

12:48 - 9.07.2018


9 iyul, Fineko/abc.az. Ermənistan Respublikası İcevan rayonunun Ayqeovit kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonu  Bala Cəfərli kəndində və adsız yüksəkliklərdə, Berd rayonunun Mosesqex və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Koxanəbi, Əsrik Cırdaxan kəndlərində, Krasnoselsk  rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Göyəli kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Nəmirli, Baş Qərvənd, Cəvahirli, Kəngərli, Yusifcanlı, Mərzili, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar kəndi yaxınlığında, həmçinin Goranboy, Tərtər və Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Вся лента