“SWIFT” İstifadəçilər Qrupuna yeni sədr seçilib

28.09.2017,14:56


“SWIFT” Beynəlxalq Maliyyə Telekommunikasiya Cəmiyyətinin Azərbaycan üzrə “SWIFT” İstifadəçilər Qrupunun yeni sədri vəzifəsinə “Kapital Bank” ASC-nin İdarə Heyəti sədrinin müavini Nahid Zeynalov seçilmişdir.

28 sentyabr 2017-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasında (ABA) “SWIFT” Beynəlxalq Maliyyə Telekommunikasiya Cəmiyyətinin Azərbaycan üzrə “SWIFT” İstifadəçilər Qrupunun rəhbərinin və katibinin seçilməsi ilə bağlı tədbir keçirilmişdir. Bank nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə ABA-nın nümayəndəsi gündəlikdə duran məsələ ilə bağlı çıxış edərək “SWIFT” İstifadəçilər Qrupunun rəhbəri və “SWIFT” İstifadəçilər Qrupunun katibi vəzifələri üçün namizədləri təqdim etmişdir.

Təkliflər geniş şəkildə müzakirə edilmiş və açıq səsvermə keçirilmişdir.

Son nəticə olaraq “SWIFT” cəmiyyətinin ölkədə fəaliyyət göstərən banklarla əməkdaşlıq münasibətlərinin effektivliyinin artırılması məqsədilə Azərbaycan üzrə “SWIFT” İstifadəçilər Qrupunun rəhbəri vəzifəsinə “Kapital Bank” ASC-nin İdarə Heyəti sədrinin müavini - Baş İnformasiya İnzibatçısı Nahid Zeynalov və “SWIFT” İstifadəçilər Qrupunun katibi vəzifəsinə isə  “Kapital Bank” ASC-nin Maliyyə İnstitutları şöbəsinin Beynəlxalq Əlaqələr üzrə meneceri Xəyalə Məmmədova təyin olunmuşdur.

Sonda iştirakçılar tərəfindən protokol imzalanaraq səsvermə rəsmiləşdirilmişdir.

 

Ключевые слова: Kapital Bank SWIFT