Azərbaycan neftinin qiyməti bir barelə 79,44 dollar təşkil edir

15:19 - 10.07.2018


10 iyul, Fineko/abc.az. “Azəri Light” markalı neftin bir barelinin qiyməti 1,14 (1,46%) dollar  yüksəlib.

Hazırda “Azəri Light” markalı xam neftin qiyməti bir barelə 79,50 dollar təşkil edir.

“Azəri Light” neftinin minimal qiyməti 2001-ci ilin dekabr ayında (19,15 dollar),  maksimal qiyməti isə 2008-ci ilin iyul ayında (149,66 dollar) qeydə alınmışdır.

Nyu-Yorkun “NYMEX” («New York Merchantile Exchange») birjasında  “WTI” markalı neftin avqust fyuçersinin qiyməti 9 iyul tarixli ticarətin nəticəsində, keçən nəticə ilə müqayisədə (6 iyul – 73,80 dollar) 0,05 (0,07%) dollar yüksəlib və bir barelə 73,85 dollar təşkil etmişdir.

“ICE” birjasında (InterContinental Exchange Futures) “Brent” markalı neftin sentyabr fyuçersinin qiyməti, 9  iyul tarixli ticarətin nəticəsində, ötən yekuna  nisbətən (iyulun 6-da – 77,11 dollar) 0,96 dollar (1,25%) yüksəlib və  bir barelə 78,07 dollar təşkil edib.

Neftin “Brent” və “WTI” markaları  arasındakı qiymət fərqi 9 iyul tarixli ticarətin nəticəsinə görə, 4,22 dollar / barelə təşkil edir.

 

Вся лента