Azərbaycan OPEC/NOPEC çərçivəsində öz öhdəliklərini yerinə yetirir

10:37 - 12.07.2018


12 iyul, Fineko/abc.az. Azərbaycanda 2018-ci ilin iyun ayı ərzində gündəlik neft hasilatı 792 min barrel olub, bunun 739 min barrelini xam neft, 53 min barrelini kondensat təşkil edib

Energetika Nazirliyinin məlumatında deyilir ki, gündəlik 622 min barrel xam neft, 53 min barrel kondensat, 12 min barrel isə neft məhsulları ixrac edilib.

Azərbaycanda gündəlik neft hasilatı cari ilin yanvar ayında 814,6 min barrel, fevral ayında 806 min barrel, mart ayında 794 min barrel, aprel ayında 785,7 min  barrel, may ayında isə 801 min barrel olub. 2017-ci ildə hasilatın gündəlik həcmi orta hesabla 781,9 min barrel təşkil edib.

2016-cı ilin dekabrın 10-da  OPEC/NOPEC  ölkələrinin nazirlərinin iclası keçirilmişdir.  Görüşün nəticəsində  ölkələr ümumi hasilatın azaldılması barədə sazişə imza atıb. OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. NOPEC ölkələri neft hasilatını gündə 558.000 barelə azaldırlar. Eyni zamanda, Azərbaycan gündəlik neft hasilatını 35 min barel həcmində  azaldmağı öhdəsinə götürüb. Razılaşma 2017-ci ilin birinci yarısında imzalanıb və onun şərtlərinin uzadılmasını nəzərdə tutub.

OPEC / NOPEC ölkələri 2017-ci il mayın 25-də Vyanada 172 nazirlər konfransında qeyd edilən razılaşmanın  9 ay müddətinə (2018-ci ilin mart ayının sonuna qədər) uzadılması barədə razılığa gəliblər. 2017-ci il 30 noyabr tarixində Vyana şəhərində keçirilmiş 173 nazirlər görüşündə 2018-ci ilin sonuna qədər razılaşmanı uzatmaq barədə razılığa gəlinmişdir.

 

 

Вся лента