“Asan İmza” və Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı Avropa İttifaqı və Şərq tərəfdaşlığı ölkələrinin 4-cü biznes forumunda təqdim olunub

16:14 - 30.10.2017


26-27 oktyabr 2017-ci il tarixlərində Tallində (Estoniya) “Rəqəmsal iqtisadiyyat: sərhədsiz şəffaf biznes üçün innovativ platforma” adlı Şərq tərəfdaşlığı ölkələrinin 4-cü biznes-forumu keçirilmişdir.

Tədbir Avropa İttifaqı Şurasına sədrlik edən Estoniya Respublikasının, ölkəsinin Prezidenti Kerst Kalyulaydın himayəsi altında keçirilmişdi. Öz nitqində o qeyd etmişdir ki, Avropa İttifaqı Şərq tərəfdaşlığı ölkələri ilə daha sıx əlaqələrin yaradılmasında maraqlıdır. “Şərq tərəfdaşlığı Avropa qonşuluğu siyasətinin mərkəzi elementi hesab edilir. Mən bu zalda nəinki dövlət təşkilatlarını və nəhəng biznesi, eləcə də kiçik və orta müəssisələri təmsil edən insanları görməkdən məmnunluq hissi duyuram. Estoniya təcrübəsi göstərir ki, kiçik və orta biznes tez-tez daha çox müvəffəqiyyət əldə edir. Axı bu şirkətlər bütün dünyanı dəyişmək iqtidarına malik innovativ həllər təklif edir və bununla yanaşı biznes dünyasına çeviklik gətirir. XXI əsrdə məhz bu çeviklik – yeni situasiyalara və yeni həllərə uyğunlaşma xüsusiyyəti müvəffəqiyyəti təmin etmiş olacaqdır.”-deyə xanım Kalyulayd əlavə etmişdir.

Forumun əsas məqsədi beynəlxalq iqtisadi əlaqələrin möhkəmləndirilməsi, şəffaflığın, yeni biznes-imkanların təmin edilməsi, eləcə də Avropa İttifaqı ilə Şərq tərəfdaşlığı ölkələri arasında əməkdaşlığın dərinləşdirilməsindən ibarət idi. Forumda Avropa İttifaqının və Şərq Tərəfdaşlığı ölkələrinin 500-dən çox iş adamları, hökumət strukturlarının nümayəndələri, Avropa İttifaqının siyasət adamları iştirak etmişdir. Avropa İttifaqının Genişlənmə ilə bağlı qonşuluq və danışıqların Avropa siyasəti məsələləri üzrə Komissarı Johannes Khan və Avropa İnvestisiya Bankının vise-prezidenti Vazil Xudak da giriş nitqilə çıxış etdilər.

Avropa İttifaqı EU4Business təşəbbüsü çərçivəsində maliyyə imkanlarına əlyetərliliyi təqdim edir, yeni bazarlara ixracı dəstəkləyir və postsovet məkanında partnyor-ölkələrdə kiçik müəssisələrin inkişafı üçün yeni texnologiyaları təklif edir. Avropa İttifaqının Genişlənmə ilə bağlı qonşuluq və danışıqların Avropa siyasəti məsələləri üzrə Komissarı Johannes Khan məruzə ilə çıxış edərək bildirdi: “Bu biznes-forum – Şərq tərəfdaşlığında iqtisadiyyat və cəmiyyətlərin modernləşdirilməsi problemlərini müzakirə etmək üçün əla imkandır. Kiçik müəssisələr açar rola malikdir və Avropa İttifaqı düzgün biznes mühitin təmin edilməsi üçün partnyor ölkələr və beynəlxalq maliyyə institutları ilə aktiv şəkildə işləyir. Həmçinin Avropa İttifaqı EU4Business çərçivəsində artım, ixrac, innovasiya və rəqəmsal iqtisadiyyata uyğunlaşma üçün daha böyük dəstəyi həyata keçirir”.

Forumun əsas mövzusu rəqəmsal cəmiyyət və innovasiyalar olmuşdur. Şərq tərəfdaşlığı və Avropa İttifaqı iştirakçı ölkələrinin nümayəndələri elektron idarə etmə və iqtisadiyyat; transsərhəd ticarət, logistika və internet-ticarət; beynəlxalq biznes və innovasiyaların maliyyələşdirilməsi; innovativ texnologiyalar və üfüqi rəqəmsallaşdırma kimi məsələlərin reallaşdırılmasında təcrübələri ilə paylaşdılar.

“Elektron idarə etmə və rəqəmsal iqtisadiyyat – biznesin və iqtisadi mühitin dəyişilməsi” 1-ci plenar sessiyada Azərbaycan Respublikasının nailiyyətləri “B.EST Solutions” Azərbaycan şirkətinin və Mobil ID layihəsi Konsorsiumunun rəhbəri xanım Yana Krimpe tərəfindən təqdim edilmişdir. O, auditoriyanı Azərbaycanın innovasiyası sayılan “Asan İmza” mobil elektron imza və Azərbaycanın Rəqəmsal Ticarət Qovşağının tətbiqi və işlənilməsi nəticələri ilə və ASAN Xidmət innovativ dövlət agentliyi ilə tanış etmişdir.

Bundan əlavə xanım Yana Krimpe forum iştirakçılarını Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən dövlət və özəl sektorla əməkdaşlıq prinsipi əsasında işlənib hazırlanan və “Made in Azerbaijan” innovativ məhsulu hesab edilən Azexport.az portalına “Asan İmza”nın inteqrasiyası da daxil olmaqla innovativ Azərbaycanın son nailiyyətləri ilə tanış etmişdir. Qeyd edək ki, Rəqəmsal Ticarət Qovşağı – özəl əməkdaşlıqla birlikdə yaradılan ilk dövlət Start-up-ı və dövlət tərəfindən ilk zəmanət verilən beynəlxalq ticarət meydanıdır. Bu gün Portal Azərbaycanda istehsal olunan məhsulların ixracını dəstəkləyir və Alibaba.com, eBay.com, Wholesale, Amazon, All.biz kimi dünya elektron ticarət şirkətləri ilə çalışır. Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı əsasında xarici ticarət əməliyyatlarının genişləndirilməsi və Rəqəmsal Ticarət Qovşağı (Digital Trade Hub of Azerbaijan) qismində Azexport.az portalının gücləndirilməsi ilə bağlı əlavə tədbirlər görülməkdədir. Bu Sərəncama əsasən “Asan İmza” dünya üzrə Azərbaycanın bütün diplomatik nümayəndəliklərində xarici vətəndaşlara təqdim olunacaqdır.

Azərbaycan innovasiyasının təqdimatı forum iştirakçılarının və moderatorların, həmçinin Avropa İnnovasiyalar Akademiyasının xüsusi marağına və geniş müzakirəsinə səbəb oldu.  Biznes-forum çərçivəsində Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və Şərq Tərəfdaşlığının Estoniya Mərkəzi arasında əməkdaşlıq haqqında razılaşma imzalandı. Estoniyanın Sahibkarlığın İnkişafına Dəstək Fondu (EAS) ilə görüş baş tutdu. Burada Estoniyanın e-Residency layihəsi ilə Azərbaycanın m-Residency layihəsi arasında qarşılıqlı əlaqə və əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə edilmişdir. Forumda dəfələrlə qeyd edilmişdir ki, Azərbaycan dünyanın ən müvəffəqiyyətli startaplarından sayılan Estoniyanın e-Residency layihəsi nümunəsində m-Residency layihəsinin tətbiqini rəsmi olaraq elan edən ilk ölkə oldu.

Sonda onu da qeyd edək ki, 4-cü Şərq tərəfdaşlığı biznes-forumu cari ilin noyabr ayının 24-də Brüsseldə illik “Şərq tərəfdaşlığı” Sammitinin keçiriləcəyini də nəzərdə tutmuşdur. Rəsmi mənbələr bu Sammitdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şəxsən iştirak edəcəyi haqqında məlumatları təsdiqləyiblər.

 

Вся лента