“Microsoft” Azərbaycan dövlət strukturlarını lisenziyalı proqram təminatı ilə təmin edəcək

12:39 - 12.07.2018


12 iyul, Fineko/abc.az. Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, dövlət orqanları üçün proqram təminatına  lisenziyaların alınması haqqında “Microsoft” şirkəti ilə üç illik müqavilə imzalayıb.

Nazirliyin məlumatında deyilir ki, razılaşmaya əsasən, dövlət qulluqçularının kompüterlərini  Microsoft proqram təminatına  lisenziyalarla (20 min. lisenziya) təmin etmək (Windows Pro, Office 365 ProPlus, Core CAL), eləcə də ali tədris müəssisələrinin akademik güzəştlərlə lisenziyalaşdırılması (10 min. lisenziyalar) nəzərdə tutulur. 

“Bundan başqa, razılaşmanın imzalanması zamanı “Microsoft” tərəfindən “Tələbələr üçün üstünlüklər” proqramı təklif edilmişdir ki, bu proqram ölkənin tədris müəssisələrinin tələbələri üçün “Microsoft Windows” və “Microsoft Office” PT-in pulsuz əldə edilməsini nəzərdə tutur (təxminən 150 min nəfər)”, - məlumatda belə deyilir.

Məlumatda deyilir ki, layihənin operatoru qismində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi nəzdində fəaliyyət göstərən “AzInTelecom” MMC çıxış edəcək.

Razılaşmaya əsasən, qurum ilə “Microsoft” arasında dövlət strukturlarında PT-nın lisenziyalaşdırması üzrə əməkdaşlığın ikinci mərhələsi həyata keçiriləcək. Daha öncə, 2011-ci ildə dövlət qurumlarının icra aparatında 10 min kompüter (Windows, Office ProPlus və Core CAL) lisenziyalaşdırılmışdır.

 

Вся лента