AG Bank” ASC ölkəmizi daha bir beynəlxalq tədbirdə təmsil edib

16:31 - 30.10.2017


AG Bank” ASC  ölkəmizi daha bir beynəlxalq tədbirdə təmsil edib.

Belə ki,  26-27 oktyabr 2017-ci  il tarixlərində Estoniya Respublikasının paytaxtı Tallin şəhərində Şərq tərəfdaşlığı ölkələrinin “Rəqəmsal iqtisadiyyat – sərhədsiz şəffaf biznes üçün innovative paltforma” mövzusunda keçirilən biznes forumda AGBank-ın Xəzinadarlıq Departamentinin direktoru  İsi Mustafayev iştirak edib.

Forumun məqsədi Avropa İttifaqı ilə Şərq tərəfdaşlığı ölkələri arasında əməkdaşlığın gücləndirilməsi, biznes mühitində yeni texnologiyaların tətbiqi, rəqəmsal cəmiyyət və innovasiyalar olub.

Forumda Avropa İttifaqından, Şərq tərəfdaşlığı ölkələri eləcə də Azərbaycan, Belarusiya, Gürcüstan, Moldova və Ukraynadan 500-dən artıq biznes nümayəndləri, hökümət xadimləri və siyasətçilər iştirak edib.

Forum barədə daha ətraflı məlumatları buradan almaq olar:

https://eap-businessforum.eu/

https://www.eu2017.ee/political-meetings/eastern-partnership-business-forum

 

 

Вся лента