“Uber” Bakıda sürücülər üçün yeni funksiyalar istifadəyə verib

16:35 - 30.10.2017


Şəhər üzrə avtomobil sifarişi üçün mobil tətbiq hazırlayan “Uber” beynəlxalq texnologiya şirkəti bu gün sürücülər üçün eyniadlı tətbiqdə sözügedən platforma ilə əməkdaşlığı daha rahat edən və səmərəliliyini artırmağa imkan verən bir sıra yeni funksiya təqdim edib. Yeniliklərin tətbiqi tədricən həyata keçiriləcək.

Bu gündən etibarən “Uber” sürücüləri üçün yeni funksiyaların sırasında aşağıdakılar mövcuddur:

•      marşrut və səfərin statusunu yaxınlar və dostlar ilə bölüşmək imkanı;

•      uzunmüddətli səfər haqqında öncədən məlumat əldə etmək imkanı – sifarişi qəbul etməkdən əvvəl sürücü səfərin 45 dəqiqə və ya daha çox vaxt ala biləcəyi barədə məlumat alır;

•      tətbiqin özündə çat vasitəsilə istifadəçi ilə sürücü arasındakı əlaqə imkanı (test rejimində mövcuddur).

“Bu il “Uber” sürücülərinin istifadəçi təcrübəsini artırmaq və daha da rahat etmək üçün yeni funksiyalar əlavə edərək və yaxud mövcud olanları dəyişdirərək tətbiqi təkmilləşdirmək məqsədilə ABŞ-da genişmiqyaslı kampaniyaya başlayıb. Bu yeniliklər istifdəçilərin şərhləri və fokus-qruplarla aparılan tədqiqatlar sayəsində mümkün olub. Məsələn, “səfərin statusunu paylaşmaq” funksiyasının sərnişinlər tərəfindən geniş istifadəsini gördükdə biz bu funksiyanı sürücülərə də şamil etməyi qərara aldıq. Uzun müddətdir bizdən gözlənilən bir funksiya da tətbiqin çatıdır – onu həm sürücülər, həm də sərnişinlər dəyərləndirəcək”, - deyə MBD ölkələri üzrə “Uber”in baş meneceri Aleksey Stax bildirib.

Səfər haqqında məlumatın ötürülməsi

Bu funksiya sürücülərə səfər zamanı hazırda yerləşdikləri ərazi haqqında məlumatı yaxınları və dostları ilə asanlıqla bölüşmək imkanı verir. Əvvəllər bu seçim yalnız sərnişinlər üçün mümkün idi. Yeni funksiya sayəsində sürücünün yaxınları real vaxt rejimində onun səfərini görə bilir ki, bu da öz növbəsində sürücülərin təhlükəsizliyini daha çox təmin etməlidir.

Uzunmüddətli səfər haqqında öncədən məlumatlandırma

Əvvəllər sürücülər son ünvanı yalnız səfəri qəbul edib başyalandan sonra öyrənə bilirdilər. İndi isə sürücülər üçün tətbiqdə səfərin 45 dəqiqə və ya daha çox vaxt aparacağı barədə xəbərdarlıq əks olunacaq. Bu, “Uber” platforması üzərindən iş qrafikini daha düzgün planlaşdırmağa imkan verəcək.

Tətbiq üzərindən çat xidməti

“Uber” tətbiqi 77 ölkənin 600-dən çox şəhərində fəaliyyət göstərir ki, xidmət xarici ölkələrdə səfərlər də daxil olmaqla sərnişinlərin istifadəsi üçün çox rahatdır. İndi sürücülər və istifadəçilər rouminq zamanı bahalı telefon danışıqlarına ehtiyac olmadan “Uber” tətbiqinin çat xidməti vasitəsilə mesaj göndərə və səfərin detallarını dəqiqləşdirə biləcəklər. Sürücü smartfonunun ekranında yalnız bir düyməni sıxmaqla sərnişinin mesajını görməsi haqqında təsdiq məlumatı göndərə bilər. Yeni funksiya bütün dünyada avtomobil sifarişi prosesini çox asanlaşdırır. Xidmət bu gündən etibarən test rejimində mövcud olacaq.

 

 

Вся лента