Bakıda enerji təchizatında problemlərlə bağlı svetoforlar işləmir

17:38 - 12.07.2018


12 iyul, Fineko/abc.az. Bakı Nəqliyyat Agentliyi (BNA) sürücülərə xəbərdarlıq edir.

Ölkənin Ağsu rayonundakı elektrikötürmə xətlərindən birinin altında yaranmış yanğına görə Bakıda elektrik enerjisinin verilməsi qismən dayandırılmışdır.

Bununla bağlı paytaxtın bəzi hissələrində svetoforlar işləmir və Bakı Nəqliyyat Agentliyi problemin həlli üçün tədbirlər görür. Artıq svetoforların əksəriyyəti işləyir. Hazırda Heydər Əliyev, Qara Qarayev, Həsən bəy Zərdabi, Hüseyn Cavid prospektləri, Şərifzadə, Ş.Mehdiyev və digər küçələrdə svetoforların işi bərpa edilib.

Bütün svetoforların normal rejimdə fəaliyyəti üçün zəruri tədbirlər görülür.

 

Вся лента