Bakıda daha bir marşrut nağdsız ödəniş sisteminə keçdi

15:33 - 13.07.2018


13 iyul, Fineko/abc.az. Bakı Nəqliyyat Agentliyinin (BNA) göstərişinə əsasən, daha bir  marşrut xətti üzrə gediş haqqının ödənişi “BakıKart” vasitəsi ilə həyata keçiriləcək.

BNA-in məlumatında deyilir ki, sabahdan başlayaraq, Xətai prospekti-Bakı Mühəndislik Universiteti xətti üzrə hərəkət edən 199 saylı avtobuslarda nağdsız ödəniş sistemi tətbiq ediləcək.

“Bu marşrut  “Xaliq Faiqoğlu” şirkəti tərəfindən xidmət edilir”, - məlumatda belə deyilir.

Beləliklə, Bakıda 23 marşrutda nağdsız ödəniş sistemi tətbiq edilir.

 

Вся лента