AZTA və Konfutsi İnstitutu Əməkdaşlıq haqqında Memorandum imzaladılar

17:46 - 13.07.2018


13 iyul, Fineko/abc.az. Azərbaycan  Turizm Assosiasiyasi (AZTA) və  Dillər  Universitetinin   nəzdində Konfutsi   İnstitutu   Əməkdaşlıq haqqında Memorandum imzaladılar.

AZTA-nin məlumatında deyilir ki, Memorandumu Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov və Çin tərəfindən institutun direktoru Li Tszixua imzalayıb.

“Memorandumun məqsədi turizm sektorunda kadr potensialının inkişafına yardım etmək, xüsusilə,  universitetin mütəxəssisləri assosiasiyanın təşkil etdiyi bələdçı kurslarının Çin dilində keçirilməsinə yardım edəcəklər”, - məlumatda belə deyilir.

İmzalanma mərasımındə Konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasov və Çinin Azərbaycandakı səfirliyinin rəsmi nümayəndəsi da iştirak edib. Görüşdə Çin və Azərbaycan bazarlarında turizm məhsullarının təşviqi, turizm-rekreasiya   komplekslərinin   inkişafı və  turizm xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması haqqında müzakirələr aparıblar.

“Turizm Assosiasiyası AZTA-nın üzv şirkətləri üçün viza prosesini asanlaşdırmaq üçün təşəbbüslə çıxış etdi. Səfirliyin nümayəndəsi bu məsələni Çin tərəfi ilə müzakirə etməyə söz verdi”, - məlumatda belə deyilir.

 

Вся лента