Yeni 7A və 7B avtobus marşrutları üzrə göstərilən xidmətlər “BakuBus” şirkəti tərəfindən icra ediləcək

17:53 - 13.07.2018


13 iyul, Fineko/abc.az. Bakı Nəqliyyat Agentliyi (BNA) 5 iyun tarixində 20 və 94 saylı paytaxt marşrutlarının xidmət göstərilməsi üzrə keçirilmiş müsabiqənin nəticələrini açıqlayıb.

BNA-in məlumatında deyilir ki, müsabiqənin nəticələrinə əsasən, “BakıBus” MMC bu marşrutlara xidmət edəcəkdir.

«7A marşrutu üzrə avtobuslar Beynəlxalq Avtovağzal Kompleksi - “Əhmədli” metrostansiyası, 7B marşrutu üzrə isə Yeni Yasamal qəsəbəsi  - “Əhmədli” metrostansiyası istiqamətində hərəkət edəcək. Yeni marşrutlar yaxın günlərdə fəaliyyətə başlayacaq”, - məlumatda belə deyilir.

 

 

Вся лента