Sağlamlaşdırılmış ABB-in aktivləri 7,62 milyard manata çatdırılıb

16.07.2018,11:29


16 iyul, Fineko/abc.az. Azərbaycan Beynəlxalq Bankın (ABB) aktivləri 1 iyul 2018-ci il tarixində 7,62 milyard manat təşkil edib.

ABB-in məlumatına əsasən, 2018-ci ilin birinci yarısının yekunları üzrə kredit portfeli 1,68 milyard manat təşkil edib.

“Hesabat dövrünün sonunda bankda əhalinin depozitlərinin həcmi 1,26 milyard manat, korporativ müştərilərin vəsaitləri isə 2,63 milyard manat təşkil edib”, - məlumatda belə deyilir.

Azərbaycanın Beynəlxalq Bankı ilin birinci yarısında kapitalını artırdı,  belə ki,  bankın ümumi kapitalı 238 milyon manat artaraq 762 milyon manat təşkil edib. Kapitalın adekvatlıq əmsalı 25,9%-ə qədər yüksəlib. İyulun 1-nə olan məlumata əsasən, bankın nizamnamə kapitalı 1,22 milyard manat təşkil edib.