Azərbaycan neftinin qiyməti düşdü

10:15 - 17.07.2018


17 iyul, Fineko/abc.az. “Azəri Light” markalı neftin bir barelinin qiyməti  3,06 (3,98%) dollar düşüb.

Hazırda “Azəri Light” markalı xam neftin qiyməti bir barelə 73,79 dollar təşkil edir.

“Azəri Light” neftinin minimal qiyməti 2001-ci ilin dekabr ayında (19,15 dollar),  maksimal qiyməti isə 2008-ci ilin iyul ayında (149,66 dollar) qeydə alınmışdır.

Nyu-Yorkun “NYMEX” birjasında  “WTI” markalı neftin avqust fyuçersinin qiyməti 16 iyul tarixli ticarətin nəticəsində, keçən nəticə ilə müqayisədə (13 iyul – 71,01 dollar) 2,95 (4,15%) dollar endi və bir barelə 68,06 dollar təşkil etmişdir.

“ICE” birjasında “Brent” markalı neftin sentyabr fyuçersinin qiyməti, 16  iyul tarixli ticarətin nəticəsində, ötən yekuna  nisbətən (iyulun 13-də – 75,33 dollar) 3,49 dollar (4,63%) yüksəlmiş və  bir barelə 71,84 dollar təşkil edib.

Neftin “Brent” və “WTI” markaları  arasındakı qiymət fərqi 16 iyul tarixli ticarətin nəticəsində  3,78 dollar / barelə təşkil edir.

 

Вся лента