Azərbaycanın Əmanətlərin Sığortalanaması Fondunun rəhbərliyi ləğv edilmiş “Bank Standard”ın kreditorları ilə görüşəcək

10:32 - 31.10.2017


Azərbaycanın Əmanətlərin Sığortalanaması Fondunun (ADIF) icraçı direktorunun müavini Vüqar Abdullayev ləğv edilmiş “Bank Standard”ın kreditorları ilə görüşəcək.

Bankın Kreditorlar Komitəsinin sədri Əkrəm Həsənov bildirdi ki, görüş tarixi Vüqar  Abdullayevlə artıq razılaşdırılıb və  21 noyabr saat 15:00-a  təyin edilib.

“İclas, fondun binasında, Babək prospekti, 16 ünvanında  keçiriləcək. Fondun rəhbəri iclasda iştirak edəcək”, - Ə.Həsənov belə deyib.

 

Вся лента