Hindistanla hökumətlərarası komissiyanın yeni tərkibi təsdiqləndi

09:48 - 18.07.2018


18 iyul, Fineko/abc.az. Azərbaycan prezidenti İlham Əliyev iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Hindistan hökumətlərarası komissiyasının yeni tərkibini təsdiqləyib.

Ekologiya və təbii sərvətlər naziri Azərbaycan tərəfindən komissiyanın həmsədri təyin olunub.

Komissiyanın tərkibinə həmçinin xarici işlər, iqtisadiyyat, mədəniyyət, müdafiə sənayesi, energetika, nəqliyyat, rabitə və yüksək texnologiyalar, kənd təsərrüfatı, təhsil, səhiyyə nazirlərinin müavinləri, Dövlət Gömrük Komitəsinin sədr müavini, Dövlət Turizm Agentliyinin sədri, AMB-in sədr müavini, ARDNŞ vitse-prezidenti və Azərbaycanın  Hindistandakı səfiri daxil olundu.

 

 

Вся лента