“Azəri Light” markalı Azərbaycan neftinin qiyməti düşdü

11:08 - 18.07.2018


18 iyul, Fineko/abc.az. “Azəri Light” markalı neftin bir barelinin qiyməti  0,45 (0,61%) dollar düşüb.

Hazırda “Azəri Light” markalı xam neftin qiyməti bir barelə 73,79 dollar təşkil edir.

“Azəri Light” neftinin minimal qiyməti 2001-ci ilin dekabr ayında (19,15 dollar),  maksimal qiyməti isə 2008-ci ilin iyul ayında (149,66 dollar) qeydə alınmışdır.

“NYMEX” birjasında  “WTI” markalı neftin avqust fyuçersinin qiyməti 17 iyul tarixli ticarətin nəticəsində, keçən nəticə ilə müqayisədə (16 iyul – 68,06 dollar) 0,02 dollar qalxaraq bir barelə 68,08 dollar təşkil etmişdir.

“ICE” birjasında “Brent” markalı neftin sentyabr fyuçersinin qiyməti, 17  iyul tarixli ticarətin nəticəsində, ötən yekuna  nisbətən (16 iyul – 71,84 dollar) 0,32 dollar yüksələrək  bir barelə 72,16 dollar təşkil etmişdir.

Neftin “Brent” və “WTI” markaları  arasındakı qiymət fərqi 17 iyul tarixli ticarətin nəticəsində  4,08 dollar / barelə təşkil edir.

 

Вся лента