AMB 300 milyon manat həcmində qısamüddətli notlar yerləşdirib

16:10 - 18.07.2018


18 iyul, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) bu gün qısamüddətli notların yerləşdirilməsi üzrə növbəti hərrac keçirib.

Bakı Fond Birjası xəbər verir ki, iyulun 18-də AMB hərracda 50100470S nömrəli, 300 milyon manat həcmində, 28 gün müddətinə notlar təklif etmişdir.

14 investordan  720 432,5 min manat məbləğində 23 sifariş daxil olmuşdur. İnvestorlar notlar üçün 99,3812 manat (gəlirlik 8,01%) təklif etmişlər.

Mərkəzi Bankın qərarına əsasən, kəsmə qiyməti və orta ölçülmüş qiymət 99,3812 manat (gəlirlik 8,01%) səviyyəsində müəyyən edilmişdir. Nəticədə 300 milyon manat həcmində qısamüddətli notlar yerləşdirilmişdir.

Notların ödəmə tarixi: 15 avqust 2018-ci il.

 

Вся лента