“Azəri Light” markalı Azərbaycan neftinin qiyməti enir

10:48 - 19.07.2018


19 iyul, Fineko/abc.az. “Azəri Light” markalı neftin bir barelinin qiyməti  0,20 (0,27%) dollar düşüb.

Hazırda “Azəri Light” markalı xam neftin qiyməti bir barelə 73,14 dollar təşkil edir.

“Azəri Light” neftinin minimal qiyməti 2001-ci ilin dekabr ayında (19,15 dollar),  maksimal qiyməti isə 2008-ci ilin iyul ayında (149,66 dollar) qeydə alınmışdır.

“NYMEX” birjasında  “WTI” markalı neftin avqust fyuçersinin qiyməti 18 iyul tarixli ticarətin nəticəsində, keçən nəticə ilə müqayisədə (17 iyul – 68,08 dollar) 0,68 dollar qalxaraq bir barelə 68,76 dollar təşkil etmişdir.

“ICE” birjasında “Brent” markalı neftin sentyabr fyuçersinin qiyməti, 18  iyul tarixli ticarətin nəticəsində, ötən yekuna  nisbətən (17 iyul – 72,16 dollar) 0,74 dollar yüksələrək  bir barelə 72,90 dollar təşkil etmişdir.

Neftin “Brent” və “WTI” markaları  arasındakı qiymət fərqi 18 iyul tarixli ticarətin nəticəsində  4,14 dollar / barelə təşkil edir.

 

Вся лента