İlham Əliyev: İtaliya Azərbaycan üçün bir nömrəli ticarət tərəfdaşıdır

12:15 - 19.07.2018


19 iyul, Fineko/abc.az. İyulun 18-də Sumqayıt Kimya Sənaye Parkının ərazisində “SOCAR Polymer” layihəsi çərçivəsində inşa edilən polipropilen zavodunun açılışı olub.

Açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, İtaliya Azərbaycan üçün bir nömrəli ticarət tərəfdaşıdır.

“Bu, əlbəttə ki, çox müsbət haldır. Amma biz istəyirik ki, bizim ticarət əlaqələrimiz çoxşaxəli olsun, bir çox sahələri əhatə etsin və buna nail olacağıq. Əminəm ki, bizim gələcək sənaye inkişafımızla bağlı planlarımız həyata keçiriləcək. Bir çox yeni, ən yüksək texnologiyalara cavab verən sənaye müəssisələri yaradılacaqdır. Ona görə, İtaliya şirkətlərinin Azərbaycanda fəaliyyəti üçün gələcəkdə də geniş meydan, geniş imkanlar olacaqdır”, - İlham Əliyev belə deyib.

Açılış  mərasimində ölkəmizdə rəsmi səfərdə olan İtaliya Prezidenti Sercio Mattarella iştirak edib.

 

Вся лента