İlham Əliyev: Azərbaycanda əlverişli biznes mühiti yaradılıb

16:46 - 19.07.2018


19 iyul, Fineko/abc.az. Azərbaycan prezidenti İlham Əliyev xarici şirkətləri investor kimi daha aktiv iştirak etməyə çağırıb.

Azərbaycan prezidenti bu gün keçirilən Azərbaycan-İtaliya biznes forumunda çıxışı zamanı bildirib ki, Azərbaycanda əlverişli biznes mühiti yaranıb, xarici investisiyalar qanunla qorunur.

«Bizdə artıq bir sıra sənaye müəssisələrinin həyata keçirilməsində podratçı kimi çıxış edən İtaliya şirkətləri ilə uğurlu əməkdaşlıq qurulub. Hesab edirəm ki, bu əməkdaşlığı genişləndirməliyik. Mən əminəm ki, İtaliya şirkətləri Azərbaycanda növbəti sənaye inkişafı layihələrində, o cümlədən investorlar, podratçılar kimi aktiv iştirak edəcəklər”, - deyə İlham Əliyev bildirdi.

Prezident vurğuladı ki, İtaliya şirkətləri Azərbaycanın inşaat, ağır sənaye, ASK, təkrar emal  sahələrində podratçı, kontraktor kimi fəaliyyət göstərirlər.

“İnanıram ki, bu əməkdaşlığı genişləndirmək üçün imkanlarımız var və iki ölkənin işgüzar dairələri bu istiqamətdə müzakirələr aparacaqlar”, - İlham Əliyev belə deyib.

 

Вся лента