Parisdə “Ümid-Babək” blokunun işlənməsində “Total”ın iştirakının mümkünlüyü müzakirə olundu

09:40 - 20.07.2018


20 iyul, Fineko/abc.az. Azərbaycan prezidenti İlham Əliyev iyulun 19-da Parisdə “Total” şirkətinin sədri və baş icraçı direktoru Patrik Puyane ilə görüşüb.

Görüşdə Xəzər dənizinin Azərbaycan sektorundakı yataqların işlənməsi müzakirə edilib.

“İlham Əliyev və Patrik Puyane görüşdə Abşeron qaz kondensat yatağının işlənməsi ilə bağlı fikir mübadiləsi aparıblar”, - Azərbaycan Prezidentinin rəsmi internet saytında belə deyilir.

Bundan əlavə, “Ümid-Babək” qaz yatağının işlənməsində “Total”ın mümkün iştirakı məsələsi müzakirə olundu.

 

Вся лента