Azərbaycan neftinin qiyməti qalxdı

10:36 - 20.07.2018


20 iyul, Fineko/abc.az. “Azəri Light” markalı neftin bir barelinin qiyməti  1,5 (2,05%) dollar yüksəlib.

Hazırda “Azəri Light” markalı xam neftin qiyməti bir barelə 74,64 dollar təşkil edir.

“Azəri Light” neftinin minimal qiyməti 2001-ci ilin dekabr ayında (19,15 dollar),  maksimal qiyməti isə 2008-ci ilin iyul ayında (149,66 dollar) qeydə alınmışdır.

“NYMEX” birjasında  “WTI” markalı neftin avqust fyuçersinin qiyməti 19 iyul tarixli ticarətin nəticəsində, keçən nəticə ilə müqayisədə (18 iyul – 68,76 dollar) 0,7 dollar qalxaraq bir barelə 69,46 dollar təşkil etmişdir.

“ICE” birjasında “Brent” markalı neftin sentyabr fyuçersinin qiyməti, 19  iyul tarixli ticarətin nəticəsində, ötən yekuna  nisbətən (18 iyul – 72,90 dollar) 0,32 dollar enərək  bir barelə 72,58 dollar təşkil etmişdir.

Neftin “Brent” və “WTI” markaları  arasındakı qiymət fərqi 19 iyul tarixli ticarətin nəticəsində  3,12 dollar / barelə təşkil edir.

 

Вся лента