Sosial şəbəkələrdə daha da aktiv olan Hesab.az platforması

11:37 - 20.07.2018


20 iyul, Fineko/abc.az. Hesab.az şirkəti internet şəbəkəsində öz sərhədlərini genişləndirməyə davam edir və bununla da istifadəçilərə daha yaxın olmağa çalışır.

Artıq bir neçə ildir ki, mövcud olan sosial şəbəkədəki kanalları istifadəçiləri ilə daha sıx əlaqə yaratmağa imkan verir. Gündəlik paylaşımlar, ən son yeniliklər, sürətli geridönüş – şirkətin uğurlu şəkildə təmsil olunmasına xidmət edir. İnstagram hesablarında tez-tez müxtəlif müsabiqələr, yarışlar təşkil olunur və qaliblər müxtəlif qiymətli hədiyyələr qazanırlar.

Rusiyada keçirilən futbol üzrə XXI Dünya Çempionatı Azərbaycanda da böyük maraqla izlənildi. Hesab.az da bu futbol bayramının öz izləyicilərinə daha maraqlı olması üçün çempionat ərzində facebook və instagram səhifələrində daim maraqlı paylaşımlar və müsabiqələr təşkil etdi. Önəmli oyunlarda hesabı ilk kimin açacağını öncədən düzgün təxmin edən şəxslər Hesab.az-dan hədiyyə qazandılar. Hesab.az sayəsində futbol sevgisi olan hərkəs hədiyyələr qazanmaqla yanaşı oyunlarıdaha da maraqla izləməyə başladılar.Səhifənin qadın istifadəçiləri belə müsabiqələrdə iştirak edir və hədiyyələr qazanırdılar. Hərkəs oyunları səbirsizliklə gözləyir və yarışmalarda yüksək aktivlik göstərirdilər. Hesab.az nəinki ödəniş portalı olaraq sizə hər zaman ən yaxşı xidmət göstərməyə çalışan bir şirkət olaraq fəalyyət göstərir, eyni zamanda sizin maraq və istəklərinizi də nəzərə alaraq gündəmi yaxından izləyir.Bundan əlavə, istifadəçilərin şərhləri və fikirləri həmişə nəzərə alınır.

Azərbaycanda ən böyük onlayn ödəmələr şirkəti GoldenPay 2007-ci ilin iyul ayında yaradılıb. Şirkət texniki işlərin yekunlaşması, “Visa” və “MasterCard” beynəlxalq ödəniş sistemlərindən müvafiq sertifikatların alınmasından sonra 2008-ci ilin dekabr ayında fəaliyyətə başlayıb.

2011-ci ilin aprel ayında GoldenPay şirkəti Hesab.az - Azərbaycanın ən böyük onlayn xidmətlər platformasını yaradıb. Hesab.az-da müxtəlif kommunal, stasionar və mobil rabitə, internet, bank kreditlərinin ödənişi, onlayn sığorta, kinoteatra bilet və sair xidmətlərin alışı /ödənişi mümkündür.

Hesab.az yaxın vaxtlarda istifadəçilərə yeni saytını təqdim etməyi nəzərdə tutur.Sosial şəbəkədəki kanalları vasitəsilə istifadəçilərə maraqlı kampaniya, layihələr təqdim etməyi planlaşdırır. Yeniliklərlə tanış olmaq üçün Hesab.az-ın mövcud facebook və instagram səhifələrini izləmək və bununla da daha tez xəbərdar olmaq olar. Yenilikləri gözləyin!

Вся лента