Maliyyə Nazirliyi 15 milyon manat məbləğində DOİ yerləşdirəcək

16:07 - 20.07.2018


20 iyul, Fineko/abc.az. Azərbaycan Maliyyə Nazirliyi Bakı Fond Birjası (BFB) vasitəsilə Dövlət Ortamüddətli İstiqrazların (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirəcək.

BFB-in məlumatında deyilir ki, iyulun 24-də AZ0106012690 ISIN kodu, hər birinin nominal dəyəri 100 manat olmaqla, 15 milyon manat həcmində DOİ satışı üzrə hərrac keçiriləcək.

“İstiqrazların tədavül müddəti 1092 gün, faiz gəlirliyi 9%-dir. Yerləşdirmənin anderrayteri qismində  “PASHA Capital” şirkəti çıxış edəcək”, - məlumatda belə deyilir.

 

Вся лента