Azərbaycan Parlamenti “Əsrin müqaviləsi”nin 2050-ci ilə qədər uzadılmasını ratifikasiya etdi

13:30 - 31.10.2017


Azərbaycan Parlamenti bu gün “Azəri-Çıraq-Günəşli” yataqlar  blokunun işlənilməsinin 2050-ci ilə qədər uzadılmasına  dair müqaviləni ratifikasiya etdi.

Parlamentin vitse-spikeri Valeh Ələsgərov plenar iclasda aparılan müzakirələr əsnasında bildirdi ki, birinci müqavilə dövründə, onun reallaşdırmasına $43,5 milyard yatırılmış, əsas kapital qoyuluşları müqavilə dövrünə $35 milyard təşkil etmişdir. Azərbaycan, müqavilə dövründə $130 milyard dəyərində gəlirli neft əldə etmişdir.

“Birinci müqavilə üzrə tərəfdaşlar, müqavilənin 2050-ci ilə qədər uzadılması haqqında qərar qəbul etdilər, çünki, əgər blokun işlənilməsi  2019-cu ildə  başlanarsa, o zaman, ilk neft yalnız 2023-cü ildə əldə ediləcək, 2024-cü ildə isə qüvvədə olan müqavilənin müddəti bitir”, - V.Ələsgərov belə deyib.

Onun sözlərinə görə, “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənilməsi üzrə “Yeni Əsrin Müqaviləsi”  Bakıda 14 sentyabr tarixində imzalanmış və 2050-ci ilə qədər nəzərdə tutulmuşdur.

Yeni müqaviləyə əsasən, layihənin operatoru BP şirkətinin payı 30,37%, Dövlət Neft Şirkətinin (ARDNŞ) payı 25%, “Chevron”un payı 9,57%, “ExxonMobil”in - 6,79%, “ONGC”in  - 2,31%, Yaponiya şirkətləri olan “InpexCorp”un payı 9,31% və “ITOCHUOil”in payı 3,65%, “Statoil”un payı 7,27%,  “TPAO”un payı isə 5,73% təşkil edəcək.

“Müqavilə müddəti ərzində 500 milyon ton neftin hasil edilməsi planlaşdırılır, investisiyalar isə $40 milyard həcmində dəyərləndirilir”, - V.Ələsgərov belə qeyd edib.

“Azəri-Çıraq-Günəşli” yataqlar blokunun və “Günəşli”nin dərin hissəsinin işlənilməsinə dair birinci “Əsrin Müqaviləsi” 20 sentyabr 1994-cü ildə imzalanmışdır.

 

Вся лента