330x110
 

Hesab.az Fərhad Aşurbəyli ilə birgə “İlk addım” xeyriyyə layihəsinə imza atır

24.07.2018,10:49


24 iyul, Fineko/abc.az.  Azərbaycanda gənclərin təhsil və karyeralarının inkişafına daim dəstək olan Hesab.az və “Turizm və Milli Mətbəxin İnkişafına Dəstək” İctimai Birliyi ilə  birgə əməkdaşlıq əsasında “İlk Addım” layihəsinə imza atır.  Xeyriyyə məqsədi ilə təşkil olunan layihədə əsas məqsəd maddi imkanı zəif olan istedadlı gənclərə dəstək olmaqdır.

Bu işdə Hesab.az-la yaxından əməkdaşlıq edən məşhur bloger Fərhad Aşurbəyli layihənin nümayədəsi və əsas siması olaraq çıxış edəcək. Layihə haqqında deyə bilərik ki, Azərbaycanın dörd bir yanından  seçilən 4 nəfər maddi imkanı zəif lakin, istedadlı gənclərə kulinariya sahəsində öz arzularını gerçəkləşdirmək üçün  bir fürsət veriləcək.

Gənclər Türkiyədə təşkil olunmuş aşpazlıq kurslarında 4 ay boyunca təhsil alacaq və aşpazlıq sənətini professional şəkildə öyrənəcəklər. 4 ay ərzində onların bütün xərcləri xeyriyyə aksiyasında yığılan maddi dəstək əsasında təmin olunacaq. Xeyriyyə aksiyası Hesab.az vasitəsilə sizlərin də dəstəyiniz ilə toplanan yardımlarla təşkil olunacaq. Gəlin onlara “İlk Addım”-larında dəstək olaq.

Azərbaycanda ən böyük onlayn ödəmələr şirkəti GoldenPay 2007-ci ilin iyul ayında yaradılıb. Şirkət texniki işlərin yekunlaşması, “Visa” və “MasterCard” beynəlxalq ödəniş sistemlərindən müvafiq sertifikatların alınmasından sonra 2008-ci ilin dekabr ayında fəaliyyətə başlayıb.

2011-ci ilin aprel ayında GoldenPay şirkəti Hesab.az - Azərbaycanın ən böyük onlayn xidmətlər platformasını yaradıb. Hesab.az-da müxtəlif kommunal, stasionar və mobil rabitə, internet, bank kreditlərinin ödənişi, onlayn sığorta, kinoteatra bilet və sair xidmətlərin alışı /ödənişi mümkündür.

Hesab.az yaxın vaxtlarda istifadəçilərə yeni saytını təqdim etməyi nəzərdə tutur.

 

Ключевые слова: Hesab az GoldenPay