Bakının iki rayonunda su verilişində kəsintilər gözlənilir

11:11 - 24.07.2018


24 iyul, Fineko/abc.az. “Azərsu” ASC Bakının iki rayonunda abunəçilərin su təchizatının məhdudlaşdırılması barədə xəbərdarlıq edir.

“Babək prospektinin yenidən qurulması layihəsi çərçivəsində yeni çəkilmiş magistral kəmərin şəbəkəyə qoşulması və köhnə magistral xətlərin ləğvi ilə əlaqədar Xətai və Nizami rayonlarının bir hissəsinə çərşənbə axşamı gün ərzində içməli suyun verilişində məhdudiyyətlər olacaq”, - “Azərsu”yun məlumatında belə deyilir.

Məhdudiyyətlər  Qara və Ağ şəhər əraziləri, NZS, UPD, Keşlə qəsəbəsinin, Əhmədli kəndinin bir hissəsinə və Babək prospekti boyunca ərazilərə şamil olunacaq.

 

Вся лента