İyulun 27-dən sərnişin dəmiryolu daşınmaları üzrə tariflər qaldırılacaq

13:10 - 24.07.2018


24 iyul, Fineko/abc.az. İyulun 27-dən etibarən “Azərbaycan Dəmir Yolları” QSC (ADY) ölkədə hərəkət edən sürət və sərnişin qatarlarının gediş haqqı tariflərini artıracaq.

“İyulun 27-dən   ölkədaxili sürət və sərnişin qatarlarında gediş haqları, orta hesabla, 10%  artırılacaq”, -  ADY-in məlumatında belə deyilir.

Məlumatda qeyd edilir ki, bu qərar, plaskart və kupe vaqonlarda alt və üst yerlərə və SV tipli vaqonlara olan tələbatın tənzimlənməsi məqsədi ilə qəbul edilib.

 

Вся лента