XİN: Yunanıstanda baş verən meşə yanğınlarında ölən və yaralananlar arasında Azərbaycan vətəndaşları yoxdur

14:14 - 24.07.2018


24 iyul, Fineko/abc.az. Azərbaycan Xarici İşlər Nazirliyi Yunanıstanda baş vermiş meşə yanğınlarından zərər çəkənlər arasında ölkənin vətəndaşlarının olmadığını elan edib.

Xarici İşlər Nazirliyinin məlumatına görə, Azərbaycanın Yunanıstandakı səfirliyi Yunanıstanın hakimiyyət orqanları ilə daim əlaqə saxlayır.

“Yunanıstandakı səfirliyimizin məlumatına görə, meşə yanğınları zamanı ölən və yaralananlar arasında Azərbaycan vətəndaşları yoxdur”, - XİN-in məlumatında belə deyilir.

Daha əvvəl xəbər verildiyi kimi, Yunanıstanda baş verən meşə yanğınları nəticəsində təxminən 50 nəfər ölüb, 100 nəfər yanıq xəsarəti və travmalar  alıb. Xilasedicilər qurbanların sayının artması ehtimalını istisna etmirlər. Hələ ki xilasetmə qrupları, ölən və yaralananların ola biləcəyi yerlərə daxil ola bilmirlər.

Yunanıstan meşə yanğınlarının söndürülməsində kömək üçün Avropa İttifaqına müraciət etmək niyyətindədir. Bu qərar, Yunanıstan paytaxtının hakimiyyəti,  yanğınların  Afinaya yetirdiyi təhlükə ilə bağlı fövqəladə  vəziyyət rejiminin tətbiq edilməsinə dair planlarını açıqladıqdan sonra qəbul edilib. Afina ətrafı məntəqələrin sakinləri artıq təxliyyə edilib.

 

Вся лента