“Bakı-Dairəvi” avtomobil yolunda axşam saatlarınadək təmir işləri aparılacaq

16:25 - 25.07.2018


25 iyul, Fineko/abc.az Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə “Bakı-Dairəvi” avtomobil yolunda bu gün saat 14:00 –dan axşam saatlarınadək yol qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılacaq. Bu barədə Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən açıqlama verilib.

Sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Вся лента