Azərbaycan nefti yenidən bahalaşdı

10:25 - 27.07.2018


27 iyul, Fineko/abc.az. “Azəri Light” markalı neftin bir barelinin qiyməti  0,7 (0,93%) dollar yüksəlib.

Hazırda “Azəri Light” markalı xam neftin qiyməti bir barelə 76,07 dollar təşkil edir.

“Azəri Light” neftinin minimal qiyməti 2001-ci ilin dekabr ayında (19,15 dollar),  maksimal qiyməti isə 2008-ci ilin iyul ayında (149,66 dollar) qeydə alınmışdır.

“NYMEX” birjasında  “WTI” markalı neftin sentyabr fyuçersinin qiyməti 26 iyul tarixli ticarətin nəticəsində 0,31 dollar (0,45%) yüksələrək bir barelə 69,61 dollar təşkil etmişdir.

“ICE” birjasında “Brent” markalı neftin sentyabr fyuçersinin qiyməti, 26 iyul tarixli ticarətin nəticəsində 0,61 dollar (0,83%) yüksələrək  bir barelə 74,54 dollar təşkil etmişdir.

Neftin “Brent” və “WTI” markaları  arasındakı qiymət fərqi 26 iyul tarixli ticarətin nəticəsində  4,93 dollar / barelə təşkil edir.

 

Вся лента