ARDNŞ xam neftin ixracını 18% artırıb

13:17 - 27.07.2018


27 iyul, Fineko/abc.az. 2018-ci ilin ikinci rübündə Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) 6,1 milyon ton xam neft ixrac edib ki, bu da 2017-ci ilin eyni dövrü ilə müqayisədə 18% çoxdur.

2018-ci ilin iyun ayında xam neftin ixracı 2,1 milyon ton təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 24% çoxdur.

Neft məhsullarının ixracında 19% səviyyəsində artım qeydə alınıb. 2018-ci ildə neft məhsulları ixracı 410 min tondan çox təşkil edib, 2017-ci ilin  aprel-may-iyun aylarında isə təxminən 350 min ton neft məhsulu ixrac edilib. Bu dövr ixrac zamanı dizel  yanacağının həcmi təxminən 48%, izopropil spirti 69%, maye piroliz qətranı 27%, propilen 30%, butilen butadien fraksiyasının ixracı isə 37% artmışdır.

Neft və neft məhsullarının ixracının müsbət dinamikası ilə bağlı SOCAR-ın Sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov qeyd edir ki, AÇG yataqlar bloku üzrə SOCAR-ın payının 11,65%-dən 25%-ə yüksəlməsi SOCAR tərəfindən ixrac olunan xam neftin miqdarını artırmışdır.

Bundan əlavə,  2018-ci ilin 2-ci rübündə emal olunan xam neftin 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə daha çox olması ixrac edilən neft məhsullarının miqdarında artıma səbəb olmuşdur.

 

Вся лента