330x110
 

İctimai nəqliyyatda gediş qiymətlərin artması haqqında ekspertlərin rəyi

31.07.2018,15:38


31 iyul, Fineko/abc.az. İctimai nəqliyyatda gediş haqqının qalxması cəmiyyətdə müzakirələrin əsas mövzusu olub.

Belə ki, parlament deputatı Fazil Mustafa hesab edir ki, qiymətlərin qalxması yalnız ictimai nəqliyyatla məhdudlaşdırılmayacaq və başqa sahələrə də şamil olunacaq.

Onun sözlərinə görə, ictimai nəqliyyatda gediş tariflərinin artımı vətəndaşların rifahına ciddi təsir göstərəcək.

“Əhalinin gəlirləri onsuz da məhdud olduğu dövrdə bu xüsusilə çətindir”, - deyə o bildirdi.

İqtisadçı Natiq Cəfərli hesab edir ki, qiymətlərin qalxması gözlənilirdi.

“Uzun müddət metropolitenə dotasiya edilir, gediş dəyəri 50-55 qəpik səviyyəsində qiymətləndirilirdi. Lakin qiymətlərin qalxması  ilk növbədə büdcəçilərə və az təminatlılara təsir göstərəcək ki, bu da bir nəfərə ayda 10-12 AZN əlavə xərc deməkdir. Bundan başqa, kommunal xərclər, dizel yanacağı və elektirk enerjisinin qiymətləri də qalxa bilər”, - Natiq Cəfərli belə deyib.

İqtisadçı Qubad İbadoğlu hesab edir ki, bu qərar çoxdan hazır idi.

“Qiymətlərin artması inflyasiyanın artmasına təsir edəcək və taksi qiymətlərinin artımına təkan verəcək. Kənd təsərrüfatı işləri dövrünün tamamlanmasından sonra, dizel yanacağı və mazutun qiymətlərində artım gözləmək olar. Qiymət artımlarının mənfi təsirini azaltmaq üçün, hökumət aztəminatlı ailələri dəstəkləmək üçün addımlar atmalıdır. Tələbələri dəstəkləmək və ictimai nəqliyyat və metro üçün əvvəlki qiymətlərlə imtiyazlı kartların buraxılması üzrə konkret addımlar atmalıdır”, - deyə iqtisadçı qeyd edib.