2018-ci ilin 2-ci rübündə BP-nin gəlirləri keçən ilə nisbətən 4 dəfə artıb

17:45 - 31.07.2018


31 iyul, Fineko/abc.az. Britaniyanın BP Plc neft şirkəti 2018-ci ilin 2-ci rübü üzrə hesabat açıqlayıb.

Hesabata əsasən, 2018-ci ilin 2-ci rübündə baza mənfəət, keçən il qeyd edilən 684 milyon dollar ilə müqayisədə 4,13 dəfə artaraq 2,822 milyon dollara çatıb.

2-ci  rübdə upstream (geoloji kəşfiyyat və hasilat) seqmentində baza gəliri, keçən ilin analoji dövründə qeyd edilən 710 milyon dollarla müqayisədə 3 508 milyon dollar təşkil etmişdir. Downstream (emal və satış) seqmentində  mənfəət 1 413 milyon dollardan 1 455 milyon dollara qalxıb.

Səhmdarların payına düşən xalis mənfəət 2018-ci ilin birinci yarısında 5,268 milyon dollar təşkil edib ki, bu da bir il əvvəlki göstəricidən (1,593 milyon dollar) 3,3 dəfə çoxdur.

Şirkətin kapital xərcləri 2-ci rübdə əvvəlki ilə nisbətən (4,488 milyon dollar) 3,825 milyon dollar təşkil edib.

Karbohidrogen hasilatının ümumi həcmi ikinci rübdə 1,4% artaraq gündə 2,465 milyon barel neft ekvivalentinə çatıb. İlin birinci yarısının nəticələrinə görə, göstərici 5,2% artaraq 2.535 milyon barel neft ekvivavlenti / gün-ə  qədər artıb.

BP, bir səhm üçün 10,25 sent olmaqla,  dividendləri 2,5% artırmağı qərara alıb.

 

Вся лента