Elman Rüstəmov: İctimai nəqliyyatda gediş haqqının artması inflyasiyaya cüzi təsir edəcək

12:04 - 1.08.2018


1 avqust, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı İdarə Heyətinin sədri Elman Rüstəmov ictimai nəqliyyatda qiymətlərin artması ilə bağlı vəziyyətə münasibət bildirib.

Elman Rüstəmovun sözlərinə görə, qiymət artımı, ölkədə ilin sonunadək 6-8% səviyyəsində proqnozlaşdırılan inflyasiyanın səviyyəsinə əhəmiyyətli dərəcədə təsir göstərməyəcək.

Avqustun 1-dən Bakı Metropolitenində və paytaxt avtobuslarında gediş haqqı 0,20 manatdan 0,30 manatadək artmışdır.

 

Вся лента