Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsi üzrə proqnozları yenidən nəzərdən keçirəcək

12:20 - 1.08.2018


1 avqust, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) uçot dərəcəsi ilə bağlı proqnozunu yenidən nəzərdən keçirəcək.

Bankın İdarə Heyətinin sədri Elman Rüstəmovun sözlərinə görə, növbəti, beşinci dəfə uçot dərəcəsi  oktyabr ayında baxılacaq.

“Mövcud makroiqtisadi vəziyyəti, xüsusən də idxalın artımını nəzərə alaraq, Azərbaycan Mərkəzi Bankı öz proqnozunu yenidən nəzərdən keçirəcək”, - Elman Rüstəmov belə deyib.

Azərbaycan Mərkəzi Bankı 12 fevral 2018-ci il tarixində uçot dərəcəsini 15%-dən 13%-ə endirdi. 9 aprel tarixində uçot dərəcəsi ikinci dəfə 13%-dən 11%-ə endirildi. Bankın 14 iyun tarixli qərarı ilə uçot dərəcəsi 11%-dən 10%-ə endirildi. Bu gün bank dərəcəni 10% səviyyəsində saxlamağa qərar verdi.

 

Вся лента