Azərbaycanın Şərab İstehsalçilari və İxracatçilari Assosiasiyasinin üzvlərinə güzəştli şərtlərlə kənd təsərrüfatı texnikası təklif olunub

11:43 - 2.08.2018


2 avqust, Fineko/abc.az. Kənd Təsərrüfati naziri İnam Kərimov Şərab İstehsalçilari və İxracatçilari Assosiasiyasinin üzvləri ilə görüşüb

Nazirliyin məlumatında deyilir ki, görüş zamanı istehsalçıların problemləri müzakirə olundu və onların həlli barədə fikir mübadiləsi aparıldı.

“Görüş zamanı nazir yaxın vaxtlarda kadr çatışmazlığının aradan qaldırılacağına əmin olduğunu bildirdi”, - məlumatda belə deyilir.

Məlumatda qeyd edilir ki, görüş zamanı son nəsil kənd təsərrüfatı avadanlıqlarının idxalına dair təkliflər və bu avadanlıqların assosiasiya üzvlərinə lizinqə verilməsi və s. məsələlər müzakirə olundu.

 

Вся лента