Azərbaycanda 2018-2020-ci illərdə rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı hazırlanıb

13:26 - 1.11.2017


Azərbaycan Mərkəzi Bankı (AMB) rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı hazırlayıb.

AMB-nın İdarə Heyətinin  sədrinin birinci müavini Alim Quliyevin sözlərinə görə, 2018-2020-ci illər üçün nəzərdə tutulmuş proqram, Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun mütəxəssisləri ilə birlikdə işlənib hazırlanmışdır.

A.Quliyev belə deyib: “Proqramın strateji məqsədi iqtisadiyyatda nağdsız ödənişlərlə aparılan tranzaksiyaların əhəmiyyətli dərəcədə genişlənməsi, bununla da nağd ödənişlərin miqyasının minimuma endirilməsi, nəticədə bank sektorunun maliyyə resursları bazasının gücləndirilməsi, nağd pul tədavülü ilə bağlı yaranan tranzaksiya xərclərinin azaldılmasıdır”.

 

Вся лента