Nazir müavini Yəhya Musayev Əfqanıstan Prezidentinin MDB ölkələri üzrə səlahiyyətli nümayəndəsini qəbul edib

17:37 - 2.08.2018


2 avqust, Fineko/abc.az. Avqustun 2-də müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev Azərbaycanda səfərdə olan Əfqanıstan İslam Respublikası Prezidentinin MDB ölkələri üzrə səlahiyyətli nümayəndəsi Mohammad Şaker Kargarın rəhbərlik etdiyi geniş tərkibli nümayəndə heyətini qəbul etdi.

Görüşdə Yəhya Musayev Azərbaycan ilə Əfqanıstan arasında müxtəlif sahələrdə inkişaf edən əməkdaşlıq əlaqələrini yüksək qiymətləndirdiyini vurğuladı.

Nazir müavini Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti barədə nümayəndə heyətinə məlumat verdi. Səmimi keçən görüşdə iki ölkə arasında müdafiə sənayesi üzrə əməkdaşlığın istiqamətləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edildi. Görüşdə müdafiə sənayesi üzrə əməkdaşlığa dair protokol imzalandı. Nümayəndə heyətinin başçısı Mohammad Şaker Kargar qəbula görə minnətdarlığını bildirdi.

Əfqanıstanın Azərbaycandakı Səfirliyinin nümayəndələri də görüşdə iştirak edirdilər. Səfər çərçivəsində nümayəndə heyəti Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində oldu və istehsal prosesini yaxından izlədi.

Вся лента